Əsas səhifə » HƏMAS Livandakı partlayışları “sionist təcavüzü” adlandırıb

HƏMAS Livandakı partlayışları “sionist təcavüzü” adlandırıb

Hafiz Rufizoglu

Beyrut,AzerVoice

Bu gün, çərşənbə axşamı Fələstinin HƏMAS hərəkatı Livanda baş verənləri “sionist terror təcavüzü” adlandırıb.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu haqda HƏMAS-ın yaydığı açıqlamada deyilir.

“Livanda rabitə cihazlarında, xüsusən də Hizbullah üzvlərini hədəf alan eyni vaxtda partlayışlar dalğasını pisləyirik. Biz müqavimət döyüşçüləri ilə mülki şəxslər arasında fərq qoymadan (…) müxtəlif bölgələrdə rabitə vasitələrini partlatmaqla Livan vətəndaşlarını hədəf alan terrorçu sionist təcavüzünü şiddətlə qınayırıq (…) və bu hücumun nəticələrinə görə işğalçı hökuməti tam məsuliyyət daşıyır”-deyə bəyanatda deyilir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice