Əsas səhifə » İsrail Qəzzada humanitar vəziyyəti pisləşdirməyə çalışır – HƏMAS

İsrail Qəzzada humanitar vəziyyəti pisləşdirməyə çalışır – HƏMAS

Laman Asadli

Bakı. AzerVoice:

İsrail ordusunun Misir sərhədindəki Rəfah Sərhəd Qapısına hücumu Qəzza zolağında humanitar vəziyyəti pisləşdirmək məqsədi daşıyır.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS açıqlayıb.

Açıqlamada HƏMAS ABŞ administrasiyası və beynəlxalq ictimaiyyəti Rəfahdə və bütün Qəzza zolağında yüz minlərlə köçkün dinc sakinin həyatını təhdid edən hücumları dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.

banner

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice