Əsas səhifə » Hakim Melərə edilən hücumla bağlı məhkəmə istintaqı başladılıb – Yılmaz Tunç

Hakim Melərə edilən hücumla bağlı məhkəmə istintaqı başladılıb – Yılmaz Tunç

Tasnim İsmixan

Bakı. AzerPress:

Hakim Melərə edilən hücumla bağlı məhkəmə istintaqı başladılıb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç öz sosial media hesabında açıqlama verib.

Tunç MKE Ankaragücü – Çaykur Rizespor matçının baş hakimi Halil Umut Melerə hücumun məsul şəxsləri haqqında məhkəmə istintaqının başladığını bildirib.

banner

“Bütün şübhəlilərin müəyyən edilməsi və Baş Prokurorluğumuzda hazırlanması üçün Ankara İl Polis İdarəsi İdman Şöbə Müdirliyinə lazımi göstərişlər verilib.” – deyə nazir qeyd edib.

Məlumat üçün bildirək ki, dünən MKE Ankaragücü – Çaykur Rizespor futbol matçının baş hakimi Halil Umit Melere hücum edilib.

Hücum nəticəsində hakim xəsarət alıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice