Əsas səhifə » Hakan Fidanla İsrail-HƏMAS münaqişəsi barədə müzakirələr apardıq – Blinken

Hakan Fidanla İsrail-HƏMAS münaqişəsi barədə müzakirələr apardıq – Blinken

Tasnim İsmixan

Bakı. AzerPress:

Hakan Fidanla İsrail-HƏMAS münaqişəsi barədə müzakirələr apardıq.

AzerPress-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken öz sosial media hesabından paylaşım edib.

ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi görüşlə bağlı sosial media

banner

“Fidanla İsrail-Həmas münaqişəsini, münaqişənin bölgənin başqa yerlərinə yayılmaması üçün səyləri, qalan girovların azad edilməsinin zəruriliyini və humanitar yardımın göstərilməsini müzakirə etdik” – deyə o qeyd edib.

Blinken bildirib ki, İsveçin NATO-ya üzvlüyünün təxirə salınmadan təsdiqlənməsinin vacibdir.

“Amerikalı həmkarlarımıza Qəzzadakı vəziyyətlə bağlı mövqeyimizi çox açıq şəkildə təqdim edirik.Biz onlara (ABŞ-a) buradakı vəziyyətin ciddiliyini, artıq tolerantlığın olmadığını və bununla bağlı hansı addımların atılmasının lazım olduğunu bildirdik”- deyə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki,Türkiyənin, İsveçin NATO-ya üzvlüyü məsələsindəki mövqeyi bəllidir.

“NATO-da aparılan danışıqlar nəticəsində üçtərəfli sammitdə prezidentimiz və İsveçin baş naziri olub və nəticədə üzərində işlədiyimiz məsələlər var. Növbəti qərar Türkiyə Böyük Millət Məclisinindir” – deyə Fidan vurğulayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice