Əsas səhifə » Hakan Fidanla hər bir fürsətdən istifadə edərək, müzakirələr aparırıq – Ceyhun Bayramov

Hakan Fidanla hər bir fürsətdən istifadə edərək, müzakirələr aparırıq – Ceyhun Bayramov

Aytac Suleymanova

Bakı. AzerPress:

Biz Hakan bəylə hər bir fürsətdən istifadə edərək, beynəlxalq tədbirlər çərçivəsində müzakirələr aparırıq, telefon danışıqları baş tutur. Bugünkü səfər Azərbaycan və Türkiyə arasında gündəliyin nə qədər zəngin olmasının göstəricisidir.

AzerPress-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu il Azərbaycan-Türkiyə münasibətlərində zəngin bir il olub.

banner

“Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn əməkdaşlığımız dünyada bir nümunədir”, – deyə nazir əlavə edib.

Nazir bildirib ki, bugünkü görüşdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlq məsələləri müzakirə edilib:

“Eyni zamanda, region ölkələri ilə üçtərəfli və dördtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə etdik. Yaxın aylar ərzində bir neçə üçtərəfli formatda görüşlərimizin keçirilməsi planlaşdırılır”, – deyə o əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice