Əsas səhifə » Hakan Fidan və Rəşid Meredov arasında telefon danışığı olub

Hakan Fidan və Rəşid Meredov arasında telefon danışığı olub

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Türkmənistanın Xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.

AzerPress-in məlumatına görə, danışıqlar zamanı tərəflər Türkmənistan-Türkiyə əməkdaşlığının mühüm məsələlərini müzakirə ediblər. Ən yüksək dövlət səviyyəsində əldə edilmiş ikitərəfli razılaşmaların praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Türkmənistan və Türkiyənin xarici işlər nazirləri müntəzəm siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

banner

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, oktyabr ayında Türkmənistana rəsmi səfər edib. Bu səfər zamanı iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2024-2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice