Əsas səhifə » Hakan Fidan Qəzza ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a səfər edəcək

Hakan Fidan Qəzza ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a səfər edəcək

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza ilə bağlı danışıqlar aparmaq üçün sabah ABŞ-a səfər edəcək.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

“Noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının fövqəladə Birgə Zirvə toplantısında Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslərlə çıxış etmək tapşırılıb.” – deyə nazirliyin açıqlamasında bildirilib.

banner

Qeyd olunub ki, Fidanın bu ortaq diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün sabah Vaşinqtona səfər edəcək.

Hafiz Rufizoğlu

Digər Kateqoriyalar

2023 © AzerVoice