Əsas səhifə » Hakan Fidan Nyu-Yorka səfər edəcək

Hakan Fidan Nyu-Yorka səfər edəcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə xarici işlər naziri Hakan Fidan 29 noyabr tarixində Qəzzadakı son hadisələrin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazir Fidan səfərlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı – Ərəb Liqasının 11 noyabr 2023-cü il tarixli Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların icrasını davam etdirmək üçün yaradılmış qrupun digər üzvləri ilə də bir sıra diplomatik görüşlər keçirəcək.

banner

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice