Əsas səhifə » Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Sabina Mirzayeva

Bakı, AzerVoice:

30-31 may tarixlərində Çexiyanın paytaxtı Praqada keçiriləcək NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclasında Türkiyə xarici işlər naziri Hakan Fidan iştirak edəcək.

AzerVoice xəbər verir ki, iclasda 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammitinə hazırlıq və bu kontekstdə NATO-nun gündəmindəki əsas məsələlər müzakirə olunacaq.

Türkiyənin NATO-nun 75-ci ildönümünə təsadüf edən Vaşinqton Zirvə toplantısındakı məqsədləri müttəfiqlər arasında müdafiə ticarətinə qoyulan məhdudiyyətləri və maneələri aradan qaldırmaq və terrorizmlə mübarizəyə dair 2023-cü il Vilnüs Zirvə toplantısında alınan qərarları müzakirə etməkdir.

banner

Bu çərçivədə Türkiyə xarici işlər naziri Hakan Fidanın iclaslarda müdafiə sənayesi sahəsindəki sanksiyaların, məhdudiyyətlərin və maneələrin tamamilə aradan qaldırılmasının vacibliyini vurğulaması gözlənilir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice