91
Bakı. AzerPress:
Türkiyə xarici işlər naziri Hakan Fidan 28-29 noyabr tarixlərində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.
İclas çərçivəsində, Avro-Atlantik regionda təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, Balkanlarda baş verən hadisələrin müzakirəsi və xarici işlər nazirləri səviyyəsində NATO-Ukrayna Şurasının ilk sessiyasının təşkili planlaşdırılır.
Hakan Fidan görüş çərçivəsində bəzi həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Hafiz Rufizoğlu