Əsas səhifə » Hakan Fidan Madridə rəsmi səfər edəcək

Hakan Fidan Madridə rəsmi səfər edəcək

Laman Asadli

Bakı. AzerVoice:

Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin Dövlətini tanıması ilə bağlı dəvət çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Təmas Qrupunun üzvləri ilə birlikdə 29 may 2024-cü il tarixində Madridə səfər edəcək.

AzerVoice xəbər veir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı Qəzzada atəşkəsə nail olmaq üçün səylər və iki dövlətli həll əsasında Fələstin Dövlətinin daha çox ölkə tərəfindən tanınması müzakirə olunacaq.

banner

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 36 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice