Əsas səhifə » Hakan Fidan İsrailin ABŞ-dan dəstək aldığını bildirib

Hakan Fidan İsrailin ABŞ-dan dəstək aldığını bildirib

Fərid Mikayilov

Bakı,AzerVoice

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan hücumlarını davam etdirən İsrailin ABŞ və Qərb dövlətlərinin dəstəyini aldığını bildirib.

AzerVoice xəbər verir ki, Hakan Fidan bu fikirləri qonaq olduğu bir televiziya proqramında deyib.

“Beynəlxalq sistem bir araya gəlib bunu çox gec olmadan dayandırmalıdır. Ya da İsrailin içindən olan ağıllı adamlar ortaya çıxıb bu çılğınlığı dayandırmalıdır. Bu təkcə fələstinlilərə zərər vermir, həm də İsrail vətəndaşlarının gələcəyini girov qoyur”,- deyə Fidan bildirib.

banner

O, həmçinin bəzi insanların İsrailin törətdiyi qətliamı görə bilməməsinin səbəbini açıqlayıb.

“Söhbət İsraili dəstəkləməkdən gedəndə, Qərbdə o qədər fikir ayrılığı varki insanlar gerçəkləri qəbul edə bilmirlər”,- deyə nazir vurğulayıb..

Digər Kateqoriyalar

2023 © AzerVoice