89
Bakı. AzerPress:
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Aralıq dənizi İttifaqının (UUA) 8-ci Regional Forumunda iştirak etmək üçün getdiyi İspaniyanın Barselona şəhərində həmkarı Xose Manuel Albares ilə görüşüb.
AzerPress-in məlumatına görə, görüşdə Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün həll yolları müzakirə olunub.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Aralıq dənizi İttifaqının (UUA) VIII Regional Forumunda iştirak etmək üçün 26-27 noyabr tarixlərində Barselonaya səfər edib.
Forumda yeganə gündəm məsələsi Qəzzada humanitar böhran və bölgədəki vəziyyət olacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun