Əsas səhifə » Hakan Fidan Efiopiyaya rəsmi səfər edəcək

Hakan Fidan Efiopiyaya rəsmi səfər edəcək

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Türkiyə xarici işlər naziri Hakan Fidan Efiopiyaya səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə XİN sosial media hesabından paylaşım edib.

Hakan Fidan Əddis-Əbəbədəki təmasları çərçivəsində Efiopiyanın baş naziri Abiy Əhməd Əli və Efiopiyanın xarici işlər naziri Taye Selassie ilə görüşəcək.

banner

Görüşlərdə Türkiyə-Efiopiya əlaqələri və regional məsələlər dəyərləndiriləcək.

Məlumat üçün qeyd edək ki, Türkiyə birbaşa xarici investisiyaya görə Efiopiyada ilk dördlüyə daxildir.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 27 may 2024-cü il tarixində İstanbulda keçirilən Türkiyə-Efiopiya Biznes Forumunda Efiopiyadan 70, Türkiyədən isə 250 şirkət iştirak etmişdir.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice