Əsas səhifə » Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları müzakirə edib

Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları müzakirə edib

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqları müzakirə edib.

AzerPress bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, H.Fidan ABŞ dövlət katibinə Türkiyənin F-16 satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

banner

Bundan əlavə, o, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarın Türkiyə Böyük Millət Məclisinə aid olduğunu qeyd edib.

Daha sonra tərəflər Qəzzada baş verən faciə ilə bağlı müzakirələr aparıb. Türkiyə XİN rəhbəri Qəzzada dərhal atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Antoni Blinken yanvarın 5-də Türkiyəyə səfər edib. 

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice