Bakı, AzerPress:
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Avstraliyanın XİN rəhbəri Penni Vonq arasında telefon danışığı olub.
AzerPress xəbər verir ki, telefon danışığı zamanı tərəflər Qəzzada son vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
Məlumata əsasən, Hakan Fidan Qəzzada ən qısa zamanda tam atəşkəsin yaradılmasının və humanitar yardımların fasiləsiz çatdırılmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
“İsrailin Qəzzanı tamamilə hədəfə alması, xəstəxana və məktəbləri bombalaması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Qəzzada münaqişəyə son qoymaq üçün beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə sərt reaksiya bildirməlidir”, – deyə o əlavə edib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.