Əsas səhifə » Hakan Fidan Aİ ölkələrini Fələstin Dövlətini tanımağa çağırıb

Hakan Fidan Aİ ölkələrini Fələstin Dövlətini tanımağa çağırıb

Laman Asadli

Bakı. AzerVoice:

Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) ölkələrini Fələstin Dövlətini tanımağa çağırıb.

AzerVoice xəbər verir ki, o bu barədə Madriddə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza Təmas Qrupunun üzvləri ilə görüşü zamanı bildirib.

“Fələstinlə həmrəylik nümayiş etdirmək və Fələstini dövlət kimi tanımaq qərarına görə İspaniyaya təşəkkür etmək üçün Madriddəyik. İspaniya və digər Avropa ölkələri Fələstini tam dövlət kimi tanımaqla beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verdi. Biz İspaniyaya atdıqları bu cəsarətli addıma və beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəyə görə bir daha təşəkkür etmək istərdik”, – deyə nazir Fidan vurğulayıb.

banner

Qeyd edək ki, İspaniya 28 may tarixində Fələstin Dövlətini rəsmən tanıyıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice