Əsas səhifə » Hakan Fidan ABŞ-dan Qəzzada dərhal atəşkəs tələb edib

Hakan Fidan ABŞ-dan Qəzzada dərhal atəşkəs tələb edib

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Qəzzada dərhal atəşkəs tələb edib.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələrindən bildirilib.

“Türkiyə və ABŞ Qəzzada mülki əhalinin zərər görməsinin qarşısının alınması, humanitar yardımın çatdırılması və iki dövlətli həll məsələlərində həmfikirdir”, – deyə məlumatda qeyd edilib.

banner

Qeyd edək ki, bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib. Görüş çərçivəsində İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparılıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice