Əsas səhifə » Həriri 2025-ci ildə seçkilərə hazırlaşmaq üçün Livana geri dönəcək

Həriri 2025-ci ildə seçkilərə hazırlaşmaq üçün Livana geri dönəcək

Azer Voice

Bakı,AzerVoice

Keçmiş baş nazir və əl-Müstəqbəl Hərəkatının lideri Saad Həriri 2025-ci ilin yazında 2026-cı il parlament seçkilərinə hazırlaşmaq üçün Livana qayıdacaq.

AzerVoice xəbər verir ki, Həririnin bu addımı Livan elitası sayılan sünni icmasını canlandırmaq üçün edilir.

banner

Qeyd edək ki, Həriri bu ayın əvvəlində atası keçmiş baş nazir Rafiq Həririnin öldürülməsinin 19-cu ildönümünü qeyd etmək üçün Livana səfər etmiş və bir sıra siyasi liderlər və Əl-Müstəqbəl Hərəkatının üzvləri ilə görüşlər keçirmişdi.

Həriri 2009-2011 və 2016-2020-ci illərdə Livanın baş naziri olub.

2017-ci il noyabrın 4-də Səudiyyə dövlət televiziyasında yayımlanan Həririnin istefa niyyəti barədə sürpriz açıqlaması Livanda İran-Səudiyyə Ərəbistanı münaqişəsinin bir hissəsi kimi qəbul edilib və Livan ilə Səudiyyə Ərəbistanı arasında mübahisəyə səbəb olub.

29 oktyabr 2019-cu ildə, Livanda etirazları fonunda, Həriri, istefa etdiyini və kabinetinin istefasını elan edib.
2022-ci il yanvarın 24-də o, siyasi fəaliyyətini dayandırdığını və 15 may 2022-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmədiyini açıqlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice