Əsas səhifə » Həmzə islamı necə qəbul etdi?

Həmzə islamı necə qəbul etdi?

Azer Voice

Bakı,AzerPress

İslam tarixində ən sevilən şəxslərdən biri də, Allah’ın Arslanı” və “Şəhidlərin Əfəndisi” ləqədbləri ilə tanınan peyğəmbərin əmisi olan həzrəti Həmzədir.

Həmzə peyğəmbərimizin əmilərinin ən kiçiyidir. Atası Abdulmuttalib, anası isə Halədir. Rəsulullah onu çox sevirdi. Çünki o, təkcə onun sevimli əmisi deyil, həm də süd qardaşı və uşaqlıq dostu idi. Hər ikisinin uşaqlıq illəri bir yerdə keçmişdi.

banner

Həmzə islamı necə qəbul etdi?
Qüreyşlilər arasında qəhrəmanlığı və şücaəti ilə məşhur olan Həmzə məkkəli gənclərin ən qəhrəmanı idi. O, qardaş oğlunun (Peyğşmbərin) əxlaqi mükəmməlliyini bilir, onu sevir və olduqca hörmət edirdi. Peyğəmbər ticarətlə məşğul olduğu zaman böyük həsrətlə karvanına qoşulmaq istəyirdi. Aşağıdakı hadisə onun İslama gəlməsinə səbəb oldu:
Bir gün sevimli peyğəmbərimiz Səfa təpəsində oturarkən Əbu Cəhl yanından keçib onu təhqir etdi. peyğəmbərimiz heç nə demədən susdu. Abdullah b. Cüd’anın cariyəsi bunun şahidi oldu. O zaman Həmzə də ovdan qayıdırdı və həmişə olduğu kimi, evə getməzdən əvvəl Kəbəni təvaf etmək üçün Hərəmi-Şərifə gəldi. Abdullahın cariyəsi onu görəndə Əbu Cəhlin peyğəmbərimizə etdiklərini Həmzəyə anlatdı.
Həmzə hələ iman gətirməmişdir. Lakin qardaşı oğlunun ünvanına edilən təhqirləri eşidəndə qohumluq əlaqəsi coşdu və o, birbaşa Qüreyş camaatının içinə getdi və Əbu Cəhlə yaxınlaşaraq dedi: “Qardaşımın xətrinə dəyən sənsən?” dedi və bundan  sonra da əlindəki ox ilə başını yardı. Bu hadisəni görən Qüreyşlilər Həmzəyə hücum etmək istəsələr də  Əbu Cəhl “ Dayanın Həmzənin  buna haqqı var. Mən onu qardaşı oğlunu təhqir etmişdim” deyir.
Əbu Cəhlin ən ehtiyat etdiyi şey, Həmzənin müsəlman olması idi.
Əbu Cəhl açıq çəkildə “Həmzə bizə qəzəblənsə müsəlman olacaq və Məhəmməd onunla güclənəcək”-deyirdi.
Bu hadisədən sonra Həmzə peyğəmbərin yanına gələrək ona təsəlli vermək istədi. Peyğəmbər ona İslamı qəbul etməyi təklif etdi və Həmzə dərhal şəhadət gətirərək İslamı qəbul etdi.

Həmzə İslamın ilk bayraqdarı oldu.
Peyğəmbər Bədrdə “Qalx, Übeydə! Qalx, Həmzə! Qalx, ya Əli!” deyəndə; Üçü də ayağa qalxıb döyüş meydanına girdədilər.
Həmzə Uhudda da böyük qəhrəmanlıqlar göstərdi. O, Qüreyşin ən qüdrətli üzvlərindən otuz nəfərə yaxınını məğlub etdi, özü də iyirmidən çox yara aldı və nəhayət, Vəhşi adlı zənci kölə tərəfindən atılan nizə şəhid edildi.Peyğəmbər nə zaman Uhud döyüşündən danışardı sa Həmzəni yad edər və “Həmzə şəhidlərin əfəndisidir”- deyərdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice