Əsas səhifə » Həmişə Heydər Əliyevin qayğısını hiss etmişik, bizə ata kimi idi-Rəfiqə Şabanova

Həmişə Heydər Əliyevin qayğısını hiss etmişik, bizə ata kimi idi-Rəfiqə Şabanova

Azer Voice

Bakı,AzerPress

“Heydər Əliyev çox sadə, həssas insan idi. Eyni zamanda, yaxşı yumor hissi vardı. Onunla ünsiyyət qurmaq asan idi”.

İdman.biz xəbər verir ki, bunu həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanova bu gün anım günü qeyd olunan Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirəsini bölüşərkən deyib.

1976-cı ildə Monreal Yay Oyunlarının, Beynəlxalq Həndbol Federasiyası (İHF) Kubokunun qalibi Ulu Öndərlə Naxçıvanda keçirilən görüşün onun yaddaşında unudulmaz anlar kimi qaldığını vurğulayıb: “Biz Naxçıvana yarışa gəlmişdik. Heydər Əliyevlə də görüşmək istəyirdik. O zaman xəstələnmişdi, buna baxmayaraq, komandanı qəbul etdi. Ulu öndər bizim üçün ata kimi idi. Çox cəsarətli insan idi. Görüş zamanı səhhətilə bağlı narahatçılığı, özünü yaxşı hiss etmədiyi aydın görünürdü, lakin bunu büruzə vermirdi. Həmişə olduğu kimi, bizimlə zarafat edib gülümsədi. İstəməzdi ki, kimsə onu zəif görsün. O, Azərbaycanı çox sevirdi”.

banner

SSRİ çempionatının 16 qat mükafatçısı, Azərbaycanın Əməkdar məşqçisi Ümummilli Liderin ona hər zaman böyük qayğı göstərdiyini vurğulayıb: “Heydər Əliyev həmişə soruşurdu ki, nə lazımdır, sizə necə kömək edim? Yadımdadır, evə telefon çəkdirməyi xahiş etmişdim, çünki xaricdə yarışlarda olanda anamla əlaqə saxlaya bilmirdim. Ertəsi gün usta gəldi! Heydər Əliyev idmanı çox sevirdi, özü də idmanla məşğul olurdu. Daima idmançıların həyatı ilə maraqlanırdı, onlar haqqında hər şeyi bilirdi. Biz həmişə onun qayğısını hiss etmişik”.

Digər Kateqoriyalar

2023 © AzerVoice