Əsas səhifə » Hədəfimiz Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır – Ərdoğan

Hədəfimiz Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır – Ərdoğan

Laman Asadli

Bakı. AzerPress:

Hədəfimiz Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan prezidenti Katerina Sakelaropulu ilə görüşü zamanı bildirib.

“İnanıram ki, Yüksək Səviyyəli Strateji Şura iclası Türkiyə ilə Yunanıstan arasında yeni bir dövrün daha da güclənməsinə səbəb olacaq. Hədəf ticarət həcmini 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır. İki ölkə nazirlərinin görüşləri olacaq”, – deyə o əlavə edib.

banner

Daha sonra  Yunanıstan prezidenti R.T.Ərdoğana türk dilində təşəkkür edib.

Qeyd edək ki, prezident Ərdoğan bu gün Yunanıstan Baş naziri Kiryakos Miçotakisinin dəvəti ilə Yunanıstana səfər edib. O, Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci iclasında iştirak edəcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice