Əsas səhifə » Hədəfimiz Aralıq dənizi bölgəsinin dünyada yeni bir liman mərkəzi olmasıdır – Uraloğlu

Hədəfimiz Aralıq dənizi bölgəsinin dünyada yeni bir liman mərkəzi olmasıdır – Uraloğlu

Aytac Suleymanova

Bakı. AzerPress:

Hədəfimiz Aralıq dənizi bölgəsinin dünyada yeni bir liman mərkəzi olmasıdır.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Mersin və Adanada tikiləcək iki limanla dünya ticarətində və beynəlxalq nəqliyyat dəhlizlərində yeni ticarət oxu yaradılacaq. Mersin Logistika Limanında birinci faza layihə işləri tamamlanıb. Aparılan işlər nəticəsində, illik liman tutumu, təxminən, 10 milyon TEU olması planlaşdırılır. Mersin Logistika Limanının tikintisi üçün lazımi işlərə başlanılıb və bu çərçivədə yerin müəyyənləşdirilməsi, ümumi sahə planının layihəsi, bölmələr, izahat hesabatı, təxmini dəyərin hazırlanması və texniki-iqtisadi əsaslandırma hesabatının hazırlanması üçün müqavilələr bağlanılıb”,- deyə nazir bildirib.

banner

Uraloğlu qeyd edib ki, Adana Əsas Konteyner limanı illik 9 milyon TEU konteyner daşıma qabiliyyətinə sahib olacaq.

Nazir əlavə edib ki, Aralıq dənizi bölgəsində böyük və kiçikölçülü 44 liman var. Onların illik daşıma qabiliyyəti, təxminən, 100 milyon ton toplu yük, 170 milyon ton maye yük və 4,5 milyon TEU konteyner yükdür. Yeni limanlarla bölgədəki imkanlar çox daha yüksək olacaq.

“Türkiyə, müxtəlif ölkələrlə birbaşa dəniz əlaqəsi təmin edən 8 min 333 kilometrlik sahil zolağında Qara dəniz, Qərbi Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələri üçün əhəmiyyətli bir dəniz sahəsinə sahibdir. Türkiyədəki limanların iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir. Bölgənin liman sənayesi yeni limanlarla formalaşacaq. Bu limanlar sayəsində bölgədə sənaye, logistika, mədənçıxarma, kənd təsərrüfatı, tekstil, heyvandarlıq və enerji kimi əsas sektorlarda yeni irəliləyişlər gözləyirik. Aralıq dənizi bölgəsinin dünyanın yeni liman cəlbedici mərkəzi olmasını hədəfləyirik. Limanlarla bölgəyə dolayı yolla təxminən 50 min insan gətiriləcək və birbaşa 10 min məşğulluq imkanı yaradılacaq. Mersin və Adanada tikiləcək hər iki limanla dünya ticarəti və beynəlxalq daşımalar artırılacaq”,- deyə Türkiyəli nazir bildirib.

Abdulkadir Uraloğlu vurğulayıb ki, Aralıq dənizində qurulacaq limanlarla Fars körfəzi İraq və Türkiyə üzərindən Aralıq dənizinə bağlanacaq, Süveyş kanalından gələn iri tonajlı gəmilərin yükləri Türkiyə üzərindən paylanacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice