Əsas səhifə » Güzdək Bozdağı palçıq vulkanında püskürmə olub

Güzdək Bozdağı palçıq vulkanında püskürmə olub

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.

Seysmoloji Xidmət Mərkəzindən AzerVoice-ə verilən xəbərə görə, püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib.

Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Vulkan püskürməsi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.

banner

Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə – 8.67*106 Coul təyin edilmişdir.

Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice