Əsas səhifə » Gulf Air Bəhreyn və İraq arasında uçuşları bərpa edəcək

Gulf Air Bəhreyn və İraq arasında uçuşları bərpa edəcək

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Bəhreynin milli aviadaşıyıcısı Gulf Air, Bəhreyn və İraq arasında uçuşları bərpa edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Gulf Air Group-un sədri Zayed Al-Zayani  açıqlama verib.

O, Bəhreyn və İraq arasında birbaşa uçuşların başlanmasını yüksək qiymətləndirib və bu mərhələnin aviaşirkətin şəbəkəsinin genişləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.

banner

Uçuş cədvəlinin elanı bütün rəsmi prosedurlar başa çatdıqdan sonra həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, 1974-cü ildə Gulf Air İraq Respublikasına ilk uçuşunu həyata keçirib. Bəhreynin milli aviadaşıyıcısının İraqa uçuşları, koronavirus epidemiyası səbəbindən uçuşlar dayandırılan 2020-ci ilə qədər İraqın Bağdad, Nəcəf və Ərbil şəhərlərinə davam edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice