Bakı, AzerPress:
Şahmat üzrə Men adasında keçirilən «Grand Swiss» turniri başa çatıb.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Günay Məmmədzadə göstərib. O, 6 xal toplayaraq 21-ci yeri tutub.
Digər şahmatçılarımızdan Gövhər Beydullayeva 32-ci (5 xal), Ülviyyə Fətəliyeva isə 37-ci olub.
Eyni zamanda, hindistanlı Rameşbabu Vaişali və çinli Tan Cjuni iddiaçılar turnirinə vəsiqə qazanıblar.
Kişi şahmatçıları arasında Rauf Məmmədov 6 xal toplayaraq yarışı ilk “38-lik”də başa vurub. Aydın Süleymanlı ondan yarım xal az toplayaraq 52-ci, Vasif Durarbəyli 72-ci (5), Nicat Abasov isə 90-cı (4,5) olub.
Vidit Santoş Qujarati (Hindistan) və Hikaru Nakamura (ABŞ) iddiaçılar turnirində oynamaq hüququ əldə ediblər.
İdman.biz