Əsas səhifə » Gelibolu necə fəth edildi?

Gelibolu necə fəth edildi?

admin

Bakı, AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Osmanlıların Rumeliyə gəlişi Bizans imperatoru Kantakuzenosun Orxan bəydən kömək istəməsi ilə başlayıb. 1344-cü ildən Osmanlılar Bizansın həm daxili mübarizələrinə müdaxilə, həm də Bizansa təzyiq göstərən serb və bulqarlarla mübarizə üçün Rumeliyə gəlməyə başladılar.

Osmanlıların gəlməsindən öncə Rumelini Aydınoğlu Umur bəy idarə edirdi. Umur bəy Bizansa kömək etmək üçün uzun müddət Balkanlarda fəaliyyət göstərib. Lakin Səlibçi donanmasının İzmiri ələ keçirməsi onun Balkanlardakı fəaliyyətinə mane oldu. Rəvayətə görə , Umur bəy Bizans imperatoru Kantakuzenosa öz yerinə Orxan Qazininin gətirilməsini təklif edib.

banner

Orxan Qazinin oğlu Süleyman paşa 1352-ci ildə serbləri məğlub edir və Rumelidə məskunlaşmaq imkanı qazanır. O, Anadoluya qayıdarkən strateji nöqtə kimi istifadə etdiyi Bolayır yaxınlığındakı Çimbi (Tsympe) qalasında əsgərlərini saxlayır. Kantakuzenos həmin qala üçün böyük məbləğ təklif etsə də Süleyman paşa qəbul etmir. Bundan sonra Osmanlılar bir tərəfdən Gelibolunu, digər tərəfdən isə Tekirdağı fəth etməyə başlayır.

Osmanlı fəthlərinin Bizansda böyük qarışıqlığa səbəb olduğu zamanda Süleyman paşa 3 min nəfərlik qoşunla Biga yaxınlığındakı Kəmərdən hərəkət edərək Bolayırı fəth etdi.

1354-cü il martın 1-dən 2-ə keçən gecə baş verən zəlzələ nəticəsində Gelibolu və onun ətrafındakı digər qalaların dağılmasından sonra Osmanlı qüvvələri dərhal hərəkətə keçdi. Osmanlılar Gelibolu və ətraf qalaları ələ keçirərək bərpa etdilər. Osmanlılar bu hadisəni Allahın onlara bir hədiyyəsi kimi dəyərləndirdilər.

Daha sonra fəth edilmiş yerlərə Karesi ərazisindən türklər köçürülməyə başladı.

Gelibolu və ətraf ərazilərin fəthi, Rumelidə möhkəm strateji məntəqənin qurulması Osmanlı tarixində dönüş nöqtəsi hesab edilir.

Silsilə xəbərlər

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice