Əsas səhifə » Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artıb (ÖZƏL)

Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artıb (ÖZƏL)

Yamin Savalanli

Bakı. VOA:

2024-cü ilin may ayında Türkiyənin Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz arataraq, bir milyon 152 min 85 nəfər olub.

VOA-ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 19 faiz artaraq, bir milyon 29 min 262 nəfər, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 122 min 823 nəfər təşkil edib.

banner

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 10 min 302 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq, 8005 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 27 faiz artaraq, 2 min 297 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə heç bir dəyişiklik yaşanmadan, 9 min 331 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı üç faiz artaraq 8 min 516, beynəlxalq reyslər üzrə isə 23 faiz azalaraq 815 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice