Əsas səhifə » “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 12 ildir fəaliyyət göstərir

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 12 ildir fəaliyyət göstərir

Hafiz Rufizoglu

Bakı, AzerVoice

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 12 ildir ki, fəaliyyət göstərir.

AzerVoice xəbər verir ki, bu barədə İctimai Birlikdən bildirilib.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildə təsis edilib və həmin gündən etibarən birlik tərəfindən gənclərin davamlı inkişafını təmin etmək, onların maraq və hədəf çərçivəsini daha da genişlətmək, respublikanın ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştiraklarını təmin etmək üçün müəyyən addımlar atılıb.

banner

1 il ərzində GMD tərəfindən 120-dən çox layihə keçirilərək gənclərin asudə vaxtları ən səmərəli və maarifləndirici formada dəyərləndirilib. Bu müddətdə şüarlarında olduğu kimi 14.000-dən çox gənc ilə birlikdə əylənib, öyrənib, inkişaf ediblər.

11.000-dən çox izləyici kütləsi olan birlik fəaliyyəti ilə gənclərin sevimlisinə çevrilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice