Əsas səhifə » Gənclər Həftəsi çərçivəsində Özünümüdafiə texnikaları təlimi baş tutub

Gənclər Həftəsi çərçivəsində Özünümüdafiə texnikaları təlimi baş tutub

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7-14 avqust tarixlərində “Gənclər həftəsi” keçirilib.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Beynəlxalq dərəcəli təlimçi Fərid Tağıyevin təqdimatında 8 avqust “Özünümüdafiə texnikaları” adlı təlim baş tutub. Bu təlimdə gənclər düzgün döyüş psixologiyası, bədənin ən həssas nöqtələri və onlara necə təsir etməyi öyrənib, bir çox özünümüdafiə texnikalarını praktika ediblər.

banner

Xatırladaq ki, GMD tərəfindən keçirilən “Gənclər həftəsi” layihəsi 2023-cü ildə də baş tutub. “Gənclər həftəsi” layihəsində iştirak edən edən gənclərin, birlikdə həm əylənib, həm də inkişaf etməsi hədəflənib.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice