Əsas səhifə » Gənclər həftəsi çərçivəsində Keramika muzeyinə ekskursiya keçirilib

Gənclər həftəsi çərçivəsində Keramika muzeyinə ekskursiya keçirilib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7-14 avqust tarixlərində “Gənclər həftəsi” keçirilib.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Həftə çərçivəsində 8 avqust tarixində gənclərlə birgə “Keramika muzeyinə ekskursiya” təşkil olunub. Bu ekskursiya, gənclərə sənət dünyasının zənginlikləri haqqında məlumat vermək məqsədilə təşkil edilib. Ekskursiya zamanı, gənclər, qədim sənət əsərlərini və dulusçuluq sənətinin incəliklərini öyrənib, geniş məlumatlar əldə ediblər.

banner

Qeyd edək ki, GMD tərəfindən keçirilən “Gənclər həftəsi” layihəsi 2023-cü ildə də baş tutub. “Gənclər həftəsi” layihəsində iştirak edən edən gənclər, birlikdə həm əylənib, həm də inkişaf edirlər. Bu cür keçirilən tədbirlər gənclərin hərtərəfli inkişaf etməsinə və şəbəkələşməsinə kömək edir. Şəbəkələşmə gənclərə gələcək həyatlarında daha uğurlu bir karyera yolu qurmağa kömək edir.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice