Əsas səhifə » “Gənclər Həftəsi” çərçivəsində “Jest və işarə dili ” təlimi baş tutub

“Gənclər Həftəsi” çərçivəsində “Jest və işarə dili ” təlimi baş tutub

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7-14 avqust aralığında “Gənclər həftəsi” keçirilib.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən məlumat verilib.

Aparıcı, nitq və işarə dili üzrə təlimçi Nuranə Abıyevanın təqdimatında 10 avqust “Jest və işarə dili” adlı təlim baş tutub.

banner

Təlim zamanı gənclər yeni  bir dil öyrənməklə yanaşı eyni zamanda başqaları ilə daha dərin bir əlaqə qurmağın yolunu öyrəniblər.

Qeyd edək ki, GMD tərəfindən keçirilən “Gənclər həftəsi” layihəsi 2023-cü ildə də baş tutub. “Gənclər həftəsi” layihəsində iştirak edən edən gənclər, birlikdə həm əylənib, həm də inkişaf ediblər.  

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice