Əsas səhifə » Fransa vətəndaş müharibəsinə sürüklənə bilər – Makron

Fransa vətəndaş müharibəsinə sürüklənə bilər – Makron

Fərid Mikayilov

Bakı,VOA

Erkən parlament seçkilərində ifrat sağçı və ya ifrat solçu partiyalar qalib gəlsə, ölkə vətəndaş müharibəsinə sürüklənəcək.

VOA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib.

Makron deyib ki, hər iki partiya ictimaiyyət arasında gərginliyi artıran bölücü siyasət yürüdür.

banner

“Sağçıların təklif etdiyi həll yollarının tətbiq oluna biləcəyini düşünmürəm. Çünki insanları dinlərinə və mənşəyinə görə ayırırlar. Bu parçalanmaya və vətəndaş müharibəsinə səbəb olur”,- deyə Makron bildirib.

Makron həmçinin eyni fikirləri Yeni Xalq Cəbhəsi koalisiyasına daxil olan ifrat solçu Dəyişməz Fransa (LFI) Partiyasına da yönədib.

Son sorğular göstərir ki, bazar günü keçiriləcək seçkidə Milli Mitinq Partiyası 35-36 faizlə birinci, sol ittifaq 27-29,5 faizlə ikinci, Makronun mərkəzçiləri isə 19,5-22 faiz səslə üçüncü yerdə olacaq.

İyulun 7-də heç bir namizədin 50 faizdən çox səs toplamadığı dairələrdə səsvermənin ikinci turu keçiriləcək .

Digər tərəfdən, 6-9 iyun tarixləri arasında keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı Milli Birlik Partiyası Fransada böyük fərqlə birinci, Makronun partiyası isə faiz nisbətinə görə ikinci olub. Makron AP seçkilərində istədiyi nəticəni əldə edə bilmədiyi üçün iyunun doqquzunda Milli Məclisi buraxmaq qərarına gəldiyini açıqlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice