Əsas səhifə » Fransa Qərbi Saharanı Mərakeşin bir hissəsi olaraq tanıyıb

Fransa Qərbi Saharanı Mərakeşin bir hissəsi olaraq tanıyıb

Yamin Savalanli

Bakı,AzerVoice

Fransa hökuməti Mərakeşin suverenliyi altında olan Qərbi Sahara bölgəsi üçün muxtariyyət planını tanıyıb.

AzerVoice xəbər verir ki, cümə axşamı günü edilən açıqlamada Əlcəzair rəhbərliyi, “Fransa hökumətinin Mərakeşin suverenliyi altında olan Qərbi Sahara bölgəsi üçün muxtariyyət planını tanımasından çox təəssüfləndiyini və qərarı qınadığını” bildirib.

Əlcəzair Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransanın bu yaxınlarda qəbul etdiyi qərardan Əlcəzairin məlumatlandırıldığı bildirilib. Nazirlik Əlcəzairin bu qərara görə təkcə Fransa hökumətini təqsirkar görəcəyini bildirib.

banner

Fransa Xarici İşlər Nazirliyi isə Əlcəzairin bəyanatını ilə bağlı heç bir açıqlama verməyib.

Əlcəzairin Qərbi Sahara məsələsində mövqeyi “öz müqəddəratını təyinetmə” referendumunu da ehtiva edən bir Birləşmiş Millətlər Təşkilatı planı istiqamətindədir. Belə ki, Əlcəzair Mərakeşin Qərbi Saharada olmasını işğal kimi qiymətləndirir.

Mərakeş Qərbi Saharanı öz ərazisi adlandırır. Əlcəzairin də dəstəklədiyi müstəqillik hərəkatı olan Polisario Cəbhəsi isə bölgədə suveren dövlət olmasını tələb edir.

Onu da əlavə edək ki, Mərakeş 1975-ci ildə Qərbi Saharanın böyük hissəsini müstəmləkəçi İspaniyadan geri almışdı.

Digər Kateqoriyalar

2023 © AzerVoice