Əsas səhifə » Fransa iki azərbaycanlı diplomatı “persona-non-grata” elan edib

Fransa iki azərbaycanlı diplomatı “persona-non-grata” elan edib

Tasnim İsmixan

Bakı. AzerPress:

Fransa iki azərbaycanlı diplomatı “persona-non-grata” elan edib.

AzerPress-in məlumatına görə, bu barədə “AFP” agentliyi xəbər verib.

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

banner

Bildirilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice