Əsas səhifə » Fevral ayında Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı artıb (ÖZƏL)

Fevral ayında Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı artıb (ÖZƏL)

Sabina Mirzayeva

Bakı. AzerVoice:

2024-cü ilin fevral ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 25,9 faiz artaraq 5,5 milyard dollar olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin İƏT üzvü ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 25,8 faiz artaraq, 10,6 milyard dollar olub.

banner

“Bu ilin fevral ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 2,9 milyard dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – fevral aylarında Türkiyənin İƏT-ə üzv olan ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 10,9 faiz artaraq, 5,9 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48 milyard 935 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin fevral ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,6 faiz artaraq 21 milyard 82 milyon dollar, idxalı isə 9,2 faiz azalaraq 27 milyard 853 milyon dollar olub.

“Bu ilin yanvar-fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 95 milyard 111 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 41 milyard 78 milyon dollara, idxalı isə 16 faiz azalaraq 54 milyard 33 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice