Əsas səhifə » Fatihə surəsi nədən bəhs edir ?

Fatihə surəsi nədən bəhs edir ?

Azer Voice

Bakı,AzerVoice

Quranın birinci  surəsi olan “Fatihə” “سورة الفاتحة” Məkkə dövrünün ilk illərində hissə- hissə deyil, bir dəfəyə nazil olmuşdur.
Lakin bəzi mənbələrdə  surənin iki dəfəyə nazil olması barədə rəvayətlər olsa da, Fatihə surəsinin Məkkədə nazil olması haqqında dəlillər vardır.

Fatihə “açmaq, aydınlaşdırmaq, bəladan və çətinliyi aradan qaldırmaq, başlamaq” mənasında olan fəth kökündən törəmiş bir addır. Surəyə bu ad ona görə verilmişdir ki, Quranın ayələrinin sıralanması və yazısı baxımından ilk surə olmaqla yanaşı, namaza da bu  surə ilə başlanılır.

banner

“Fatihə”də ayələrin sayının yeddi olması ilə bağlı ixtilaf olsa da, surənin əvvəlindəki “Bismillahın” surəyə  daxil olub-olmaması mübahisəlidir. Şafiilərə görə, Fatihənin ilk ayəsi bəsmələdir; Son ayə “صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ” ilə başlayır , “وَلَا الضَّالِّينَ” ilə bitir.
Hənəfilərə görə, bəsmələ Fatihəyə daxil deyil; Birinci ayə “
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ” və sonuncu ayə “غَيْرِ الْمَغْضُوبِ” عَلَيْهِمْ وَلَا الّا الٶ .
“Sonda deyilən “amin” sözü nə Fatihədən, nə də Qurandan bir ayədir”- hənəfilər belə hesab edir.

Fatihə surəsi bütün həmd-sənaların aləmlərin Rəbbi olan Allaha məxsus olduğunu bildirən ayə ilə başlayır.
Bu ayədən sonra Allahın mərhəmətli və bağışlayan (rəhman və rəhim) olduğunu bildirən həmd ayələri gəlir, ayələrdə Allahın həm də qiyamət gününün sahibi və hökmdarı olduğu deyilir.

Allahın sonsuz rəhmətini və üstün qüdrətini bildirən müqəddimə və həmd ayələrindən sonra insanların bu ali qüdrət sahibinin qarşısındakı vəziyyətini təyin edən ayə gəlir, “Biz ancaq Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik”

Surə Allahdan nə istəməli olduğu kimi, istəməyin qaydası və ədəbini də öyrədir.
Buna uyğun olaraq, istəməyin şərtləri əvvəlcə nə istədiyinizi bilmək, sonra həqiqətən ehtiyacınız olduğunu bildirmək və sonra onu əldə etmək üçün edilməsi lazım olanı etməkdir.
Fatihə surəsi möminə müəyyən bir əsas və məsum düstur şəklində ibadətin əhəmiyyətini və əbədi nemət əldə etməyin üsulunu bildirir.
Beləliklə, surəni oxuyan mömin özünün Allah bəndəsi olduğunu ifadə edib etiraf etdikdən sonra özü ilə Yaradanı arasında heç bir vasitəçi olmadan birbaşa Yaradanına səslənir.

Allah ilə bəndəsi arasında bir növ əqd və əhd də sayılan “Fatihə” surəsi Allah-insan münasibətinin mahiyyətini açıb göstərir və onun hansı qaydalara uyğun qorunacağını öyrədir. Sözügedən əlaqənin bəndənin səyi ilə birtərəfli olaraq deyil, Allahın hidayəti və köməyi ilə reallaşacağını da vurğulayır.

Bəzi təfsirlərdə Fatihəyə çox geniş yer ayrıldığı. Digər tərəfdən surə haqqında müstəqil əsərlər də yazılmışdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice