Əsas səhifə » Fateh II Mehmed Varna döyüşünə atasını çağırdımı ?

Fateh II Mehmed Varna döyüşünə atasını çağırdımı ?

Orkhan Qadirzade

Bakı, AzerVoice

Hakimiyyətinin böyük bir qismi döyüş meydanlarında keçən sultan Murad, oğlu Əlaəddinin ölümü ilə dövlət işlərindən çəkilmək qərarına gəldi. 12 yaşlı oğlu Mehmedi sultan elan edərək özü Manisaya çəkildi.

Sultan Murad digər dövlətlər ilə olan münasibətləri normallaşdırsada onun hakimiyyətdən getməsi ilə dövlətlərarası münasibətlər kəskinləşməyə başladı. Həmçinin səlibçilər də hakimiyyətdə 12 yaşlı uşağın olmasından ruhlanaraq sülh müqaviləsini pozub Osmanlı torpaqlarına doğru yürüş təşkil etdilər.

banner

Osmanlı ilə səlibçilər arasında vaxtı ikən bağlanan Segedin müqaviləsinin pozulması kardinal Çezarini və Bizansın səyləri nəticəsində baş verdi.

Çezarini “Papanın icazəsi olmadan müsəlmanlarla bağlanan heç bir razılaşma etibarlı sayıla bilməz və onlara qarşı edilən anda əməl edilə bilməz” deyərək Macarıstan kralını müqaviləni pozmağa razı saldı.

Səlibçilər müqaviləni pozaraq Ədirnəyə doğru hərəkət etdikdə Osmanlı İmperatorluğunda siyasi böhran yarandı. Osmanlı dövlət adamları isə dövləti mövcud vəziyyətindən çıxarmağa çalışırdılar. Bu dövrə istinad edilən bir rəvayətdə Mehmedin atasına əgər hökmdarsansa, gəl ordunu idarə et, mən hökmdaramsa, sənə əmr edirəm ki, gəl orduya rəhbərlik et”dediyi bildirilir. Lakin o dövün mənbələri sözügedən hadisəni təsdiqləmir. Fatehin atasını çağırmaq fikrində olmadığı, əksinə, onun şəxsən döyüşdə iştirak etmək istədiyi bildirilir. Gənc sultanın önündə duran ən böyük maneə Sədrəzəm Çandarlı Xəlil Paşa idi. Murada dəvəti Çandarlı paşa göndərmişdi.

II Mehmed atasının qoşunları ilə birlikdə Edirnede qalmasını istəmişdi. Beləcə düşmənə qarşı tək mübarizə apararaq hakimiyyətini isbat edəbiləcəkdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice