Əsas səhifə » F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışırıq – ABŞ Dövlət Departamenti

F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışırıq – ABŞ Dövlət Departamenti

Hafiz Rufizoglu

Bakı. AzerPress:

F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışırıq.

AzerPress-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.

ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən məmnun olduğunu vurğulayıb.

banner

ABŞ prezidenti Co Bayden və digər rəsmilər əvvəlki açıqlamalarında Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəklədiklərini və bunun NATO-nu daha da gücləndirəcəyini bildiriblər.

Xatırladaq ki, İsveçin NATO-da iştirakına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi 26 dekabr 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice