Əsas səhifə » Fələstin Səhiyyə Nazirliyi tibb işçilərinin öldürülməsini pisləyib

Fələstin Səhiyyə Nazirliyi tibb işçilərinin öldürülməsini pisləyib

Laman Asadli

Bakı. AzerVoice:

Fələstin Səhiyyə Nazirliyi İsrail hərbi qüvvələrinin Rəfah şəhərində təcili yardım maşınına hücumu nəticəsində Fələstin Qızıl Aypara Cəmiyyətinin xidməti vəzifəsini yerinə yetirərkən iki tibb işçisinin ölümünə səbəb olmasını pisləyib.

AzerVoice xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzzanın səhiyyə sistemini məhv etməyi hədəflədiyini vurğulayır.

Məlumata əsasən, İsrailin Qəzzaya hücumları nəticəsində ən azı 493 tibb işçisi həyatını itirib.

banner

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 36 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice