Bakı. AzerPress:
Fələstinlilərin ehtiyac duyduğu təcili humanitar yardımı çatdırmaq üçün bütün qurum və təşkilatlarımız səylərini davam etdirir.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər nazirliyi məlumat yayıb.
“13 oktyabr-12 dekabr tarixləri arasında Afət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) koordinasiyası ilə Misirin Əl-Ariş limanına 13 təyyarə və iki gəmi ilə təxminən 2 min 500 ton humanitar yardım göndərilib. Qəzzaya yardımlarımızı böyük səylə davam etdiririk”,- deyə məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 18 min 608-ə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_