Əsas səhifə » Fələstinin yanında olmağa davam edəcəyik – Selçuk Bayraktar

Fələstinin yanında olmağa davam edəcəyik – Selçuk Bayraktar

Laman Asadli

Bakı, AzerPress:

Fələstinin yanında olmağa davam edəcəyik.

AzerPress xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Özdemir Bayraktar Planetarium və Elm Mərkəzinin açılışında çıxışı zamanı bildirib.

“Dünyada ədalətin, mərhəmətin və xeyirxahlığın hökm sürməsi üçün mübarizəmizi davam etdirəcəyik. Yalnız maddi şeyləri və öz maraqlarını ön planda tutan nəsillər dünyaya sülh gətirə bilməz”, – deyə o vurğulayıb.

banner

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 min 300-ə yüksəlib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice