Əsas səhifə » Esenboğa Hava Limanında sərnişindaşıma göstəriciləri artıb

Esenboğa Hava Limanında sərnişindaşıma göstəriciləri artıb

Mir Səməd İbrahimov

Bakı, AzerVoice

2024-cü ilin iyun ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz arataraq, 6 milyon 190 min 248 nəfər olub.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 713 min 985 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 1 milyon 476 min 263 nəfər təşkil edib.

banner

2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 58 min 114 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 36 min 641 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 21 faiz artaraq, 21 min 473 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 8 faiz artaraq, 47 min 630 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 35 min 628, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 12 min 2 olub.

Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice