Əsas səhifə » Əsədin xüsusi müşaviri Əl-Şibl avtomobil qəzasına düşüb

Əsədin xüsusi müşaviri Əl-Şibl avtomobil qəzasına düşüb

Azer Voice

Bakı, VOA

Suriya prezidenti Bəşşar Əsədin media üzrə xüsusi müşaviri Luna Əl-Şibl Dəməşqə gedən yolda avtomobil qəzası keçirərək Əl-Şami xəstəxanasının reanimasiya şöbəsinə yerləçdirilib. Hal-hazırda onun vəziyyəti ağırdır.

VOA xəbər verir ki, bu haqda Suriya Prezidentinin Siyasi və Media İdarəsi öz açıqlamasında bildirib.

“Qəza onun idarə etdiyi avtomobilin yoldan çıxmasına səbəb olub və bir neçə avtomobillə toqquşub və nəticədə Luna ağır xəsarət alıb”-deyə açıqlamada bildirilir.

Qeyd edək ki, qəza ilə bağlı bir neçə qeyri-müəyyənlik olduğu və zirehli maşının onu arxadan vuraraq avtomobilini yolun ortasına doğru itələdiyi barədə bir neçə xəbər var. Digər məlumatlarda da bildirilirdi ki, onu vuran avtomobil qabaqda dəmir dayaqla təchiz edilib.

Sosial mediada yayılan məlumatlarda onun vəziyyətinin çox ağır olduğu bildirilir. “Biz Hamımız Tərəfdaşıq” saytı Suriya prezidentinin xüsusi müşavirinin Dəməşqdəki Əl-Şami xəstəxanasında yatdığını və onun vəziyyətinin ağır olduğunu həmçinin xəstəxanadan çıxa bilmə ehtimalının az olduğunu bildirib.

Qeyd edək ki, Suriyanın cənubundakı Suveyda şəhərindən olan Luna Əl-Şibl 2003-cü ildə Dəməşq Universitetini bitirdikdən sonra media nümayəndəsi kimi tanınmağa başlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice