Əsas səhifə » Ertuğrul Sağlam Azərbaycan millisindən təklif aldığını açıqlayıb

Ertuğrul Sağlam Azərbaycan millisindən təklif aldığını açıqlayıb

Laman Asadli

Bakı. AzerPress:

Türkiyəli mütəxəssis Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif aldığını açıqlayıb.

İdman.biz xəbər verir ki, 54 yaşlı məşqçi bu barədə “X” hesabında paylaşım edib.

Hazırda “Kocaelispor”un baş məşqçisi olan Sağlam 2 həftə əvvəl Azərbaycan millisindən təklif aldığını, lakin qəbul etmədiyini bildirib: “Beşiktaş”ın ürəyimdəki yeri hər zaman özəldir. Hazırda “Kocaelispor”da qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik. İki həftə əvvəl Azərbaycan milli komandası ilə də eyni proses yaşanmışdı. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm”.

banner

Qeyd edək ki, Ertuğrul Sağlam 2023-cü ildən “Kocaelispor”a başçılıq edir. Komanda Türkiyə 1-ci Liqasında 2-ci pillədə qərarlaşıb. Sağlam 2009/2010 mövsümündə “Bursaspor”a Türkiyə çempionu titulunu qazandırıb.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice