Əsas səhifə » KKTC prezidenti Ersin Tatar Türkiyəyə səfər edəcək

KKTC prezidenti Ersin Tatar Türkiyəyə səfər edəcək

Laman Asadli

Bakı, AzerPress:

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 23 noyabr tarixində Sənaye Palatasının təşkil etdiyi 7-ci Konya Müdafiə Sənayesi Təchizatçıları iclasında iştirak etmək üçün Konyaya səfər edəcək.

AzerPress xəbər verir ki, bu barədə Konya Sənaye Palatasının (KSO) sədri Mustafa Büyükeğen bildirib.

Məlumata əsasən, iclasda Türkiyə Böyük Millət Məclisinin Sənaye Komissiyasının sədri Mustafa Varank, Türkiyə Ticarət və Sənaye Palatasının (TOBB) sədri M. Rifat Hisarcıklıoğlu da iştirak edəcək.

banner

M.Büyükeğen onu da qeyd edib ki, Almaniya, Hindistan, Pakistan, Sudan və Yəmən kimi 14 fərqli ölkədən nümayəndə heyətləri də 7-ci Konya Müdafiə Sənayesi Təchizatçıları iclasları üçün Konyada olacaq.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice