Əsas səhifə » Ermənistandan Rusiyaya “ZƏRBƏ” – Qadağa tətbiq edildi

Ermənistandan Rusiyaya “ZƏRBƏ” – Qadağa tətbiq edildi

Yamin Savalanli

Bakı. AzerVoice:

Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.

AzerVoice Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda o da qeyd edilib ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi.

banner

Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.

Digər Kateqoriyalar

2023 © AzerVoice