Əsas səhifə » Ermənistanda etiraz aksiyalarında 67 nəfər saxlanıldı

Ermənistanda etiraz aksiyalarında 67 nəfər saxlanıldı

Yamin Savalanli

Bakı. AzerVoice:

İrəvanda baş nazir Nikil Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 196 nəfər saxlanılıb.

AzerVoice “Sputnik-Armeniya” saytına istinadən xəbər verir ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin, regionlararası əhəmiyyətə malik magistral yolları və küçələri bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

banner

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir.

xxx

09:29

Ermənistanda etiraz aksiyalarında 67 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İtaətsizlik aksiyaları, həmçinin, İrəvan metrosunda keçirilir.

xx

08:44

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları başlayıb.

AzerVoice xəbər verir ki, Qalstanyanın tərəfdarları əsas mərkəzi küçə və prospektləri bağlamağa çalışırlar.

Məlumata əsasən, polis qüvvələri mitinq iştirakçılarını saxlayırlar.

Digər Kateqoriyalar

2023 © AzerVoice