Əsas səhifə » Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir – Ərdoğan

Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir – Ərdoğan

admin

Bakı, AzerPress:

Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice