Əsas səhifə » Ermənilər tərəfindən dağıdılan Xocalı qəbiristanlığı 

Ermənilər tərəfindən dağıdılan Xocalı qəbiristanlığı 

Laman Asadli

Bakı. AzerVoice:

Ermənilərin ən çox vəhşiliklər törətdikləri Xocalıda bütün mədəni abidələr, qəbr daşları dağıdılıb.

AzerVoice xəbər verir ki, Xocalı qəbiristanlığında məzarlar tanınmaz hala salınıb.

Qəbr daşları dağıdılıb, üzərlərindəki yazılar qəsdən silinib ki, kimliklərinin müəyyənləşdirilməsi mümkün olmasın. Qəbrstanlıqda doğmalarının məzarlarını axtaran Xocalı sakinləri yalnız bir neçə məzarı müəyyənləşdirə biliblər.

banner

Sakinlər bildirib ki, məzarlıqda qəbrlər çox olub. Bir çox qəbrlərdən ümumiyyətlə heç bir əsər-əlamət qalmayıb.

Tezliklə həmin qəbiristanlığın yaxınlığında ayrılmış ərazidə Şəhidlər xiyabanı salınacaq.

Qeyd edək ki, martın 31-də 7 Xocalı şəhidi həmin ərazidə dəfn olundu.

Dəfn olunanlar Xocalı soyqırımı zamanı qətlə yetirilən şəxslərdir. Onların nəşlərinin qalıqları bir neçə gün öncə Xocalıda kütləvi məzarlıqda aşkar olunmuşdu.

Digər Kateqoriyalar

2023 © AzerVoice